Bu kafe karantinə rəğmən hələ də işləyirmiş... - Fotolar

Bu kafe karantinə rəğmən hələ də işləyirmiş... - Fotolar
12037 dəfə oxunub
  • A-
  • A
  • A+

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

Axşam.az xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı, onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq, Kəpəz RPİ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.