"Karantindən sonra toy olacaq"

"Karantindən sonra toy olacaq"
1265 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, sənətçiyə daha çox toyunun nə vaxt olacağı ilə bağlı suallar ünvanlanıb.

"Nişanlım məndən 4 yaş böyükdür. Toyumuz karantin bitəndən sonra olacaq. Hazırda ailəmlə yaşayıram. Toydan sonra köçəcəm Zakirin (nişanlısı - red.) evinə" deyə, Sevda vurğulayıb.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Ailə Planlaması Məsləhətxanası"ında genetik bölümün rəhbəri olaraq çalışır.