Türkiyədə koronavirus qurbanlarının sayı 725-ə yüksəldi

Türkiyədə koronavirus qurbanlarının sayı 725-ə yüksəldi
674 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə koronavirus qurbanlarının sayı sürətlə artmaqda davam edir.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 76 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 3892 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 725-ə, infeksiyaya yoluxma halı isə 34 109 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 256 nəfər təşkil edir.