"Qızımla kürəkənim toy məclislərindən birində tanış olublar. Münasibət qurduqları ərəfədə bir-birilərindən kimin övladı olduqlarını gizlədiblər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Evdəkilərə salam" verilişində deyib. O, Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailə quran qızı Bilqeyisdən danışıb. Aktrisa bildirib ki, övladı Fəridlə tanış olanda onun ailəsinin kimliyini uzun müddət bilməyib:

"Bizim heç xəbərimiz olmadı ki, kimin oğludur. Sonradan öyrəndik. Ən böyük arzum nənə olmaqdır. Gediş-gəlişimiz var. Bayramda da qızımın evinə yığışmışdıq. Övladım efiri sevmir, heç vaxt televizora çıxmayıb. Ona 12 yaşına qədər mən baxdım, sonra atası saxlayıb. İşimlə əlaqədar belə olmalı idi. Gedirdim qastrollara, evdə tək qalırdı. İstədim qızım ailə içində böyüsün, mehribançılıq öyrənsin".

Son bir neçə ildə xeyli çəki atan N.Orucova məsləhət də verib:

"Uzun müddət mədəmdən əziyyət çəkmişəm. İndi sağlamam. Əməliyyatdan sonra da özünü saxlamalısan. Hər şey yeyin, amma az-az və tez-tez. Amma yağlı olmaz. Soyutma, suda, parda bişmiş yağsız yeməklərə üstünlük verin".



                 

Xəbər lenti