Şahzadənin məşhur blinçiki

Şahzadənin məşhur blinçiki
1957 dəfə oxunub
  • A-
  • A
  • A+

1959-cu ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer həyat yoldaşı ilə birlikdə II Yelizavetanın dəvəti ilə Şotlandiyaya gəlib. Şahzadə qonaqları üçün özünün özəl blinçiklərindən hazırlayıb. Səhər çayının yanında təqdim edilən təamı Duayt elə bəyənir ki, onun reseptini soruşur. 

Axşam.az xəbər verir ki, resept 2013-cü ildə Şon Aşerin "Letters of Note" kitabında yayımlanıb.

Həmin resepti təqdim edirik. Bu ərzaqlardan 16 blinçik hazırlaya biləcəksiniz:

2 yumurta

4 xörək qaşığı pudra şəkəri

2 fincan süd

4 fincan un

2 çay qaşığı qabartma tozu

3 çay qaşığı toz halında olan krem tartar (Onu limon duzu ilə də əvəzləmək olar)

2 xörək qaşığı əridilmiş kərə yağı

Hazırlanması:

Yumurta, pudra şəkəri və 1 fincan südü qarışdırın. Un əlavə edib yavaşca qarışdırmağa davam edin. İkinci fincan südü töküb, üzərinə qabartma tozu, tartar və kərə yağını əlavə edib qarışdırın. Blinçikləri bişirin. İstəsəniz cem, istəsəniz şokolad və ya qatılaşdırılmış südlə yeyə bilərsiniz.