Əkiz körpələrə "Covid" və "Corona" adı verildi

Əkiz körpələrə "Covid" və "Corona" adı verildi
1862 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanın Raipur kəndində yeni doğulmuş əkiz körpələrə "Covid" və "Corona" adı qoyulub.

Axşam.az xəbər verir ki, dünyaya gələn oğlan və qız uşaqlarının valideynləri gələcək günlərdə onların adını dəyişəcəklərini söyləyib.

Əkizlərin anası xəstəxana işçilərinin körpələrə bu adlarla səslənməsindən sonra belə qərara gəldiklərini bildirib:

“Əslində, virus təklükəlidir. Ancaq epidemiya insanlarda müsbət vərdişlər yaratdı. Bu səbəbdən bu adları düşündük”.

Qeyd edək ki, əkizlər martın 27-nə keçən gecə bütün ölkədə tətbiq olunan ümumi karantin zamanı dünyaya gəlib.