Məşhur müğənni koronavirusa yoluxmayıbmış - Üzr istədi

Məşhur müğənni koronavirusa yoluxmayıbmış -  Üzr istədi
1703 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl koronavirusa görə xəstəxanaya yerləşdirilən rusiyalı məşhur müğənni Lev Leşşenko xəstəxanadan evə buraxılıb.

Axşam.az xəbər verir ki, son analizlərinin cavabı mənfi çıxan 78 yaşlı sənətçinin ümumiyyətlə koronavirusa yoluxmadığı məlum olub.

Bu barədə sosial şəbəkədə məlumat verən Lev onun üçün narahat olan hər kəsdən üzr istəyib:

“Mən və həyat yoldaşımın sonuncu test təhlilləri mənfi çıxdı. Bizdə koronavirus yoxdur. Ağciyərimdə ciddi iltihablama prosesi var idi. Hazırda yayılan 5-6 növ virusdan birinə yoluxmuşdum. Amma tam olaraq hansı olduğunu müəyyən edə bilmədilər”.