89 yaşlı Berni dördüncü dəfə ata olacaq

89 yaşlı Berni dördüncü dəfə ata olacaq
2467 dəfə oxunub
  • A-
  • A
  • A+

"Formula 1"in keçmiş idarəçisi, 89 yaşlı Berni Ekklstoun dördüncü dəfə ata olacaq.

Axşam.az xəbər verir ki, iş adamın 44 yaşlı arvadı Fabiana Flozi hamilədir. Cütlüyün övladı iyulda doğulacaq.

"Çox xoşbəxtəm. O, neçə ildir bunu gözləyir. İndi rahatam, mən dünyadan köçəndən sonra Fabiana tək qalmayacaq" deyə, Berni bildirib.

Hazırda cütlük koronavirusdan qorunmaq üçün San-Pauldakı fermasında karantindədir.

Qeyd edək ki, onlar 2012-ci ildə ailə qurub. Berninin digər nikahdan 3 övladı var.