Futbolçu Kristiano Ronaldonun koronavirus infeksiyasından qorunmaq üçün bir ada satın alması və ailəsi ilə birlikdə ora köçməsi dünya mediasının gündəmindən düşmür.

Axşam.az xəbər verir ki, futbolçudan sonra varlı iş adamları ada almaq sevdasına düşüblər. Türk mediası isə bu diqqətin Türkiyədə də yayıldığını bildirib.

Bursada satışa çıxarılan adaya bu günlərdə müştəri axını olub. 17 milyon lirəyə (təxminən 4,3 milyon manat) satılan adanın sahibi Nedim Bulut "Adayı alan virusdan qorunur" deyib.

 

Uluabat gölündəki 45 hektar ərazisi olan ada 3 il əvvəl satışa çıxarılıb. Bulut illərdir satmaq istədiyi yerin alıcılarının sayının indi beş dəfə artdığını söyləyib. 82 ildir Bulut ailəsinə aid olan adanı istəyənlər qiymətin baha olduğunu deyiblər. Nedim isə qiyməti aşağı salmayacağını söyləyib:

 

"Millət koronavirusdan qorunmaq üçün adalara qaçmaq istəyir. Ronaldodan sonra bizə çoxlu zənglər gəlir. İstəyənlərlə qiymət baxımından razılaşa bilmirik. Adada təmiz hava, yaşıllıq, quşlar var. 500 ədəd zeytun ağacı yetişib. 15 milyon lirə təklif edirlər, razılaşmıram".

Qeyd edək ki, Ronaldo Atlantik okeanına baxan "Ilha De Fuzeta" adasında ailəsi ilə birlikdə özünü karantinə alıb.



                 

Xəbər lenti