Dünyada sürətlə yayılan koronavirus infeksiyası ilə bağlı alimlər yeni araşdırmalar aparıb.

Axşam.az xəbər verir ki, bunla bağlı "New York Times" qəzeti məlumat yayıb. Alimlər bildirib ki, koronavirus təkcə ağciyərə yox, beyinə də təsir edir və ziyan verir.

Covid19-dan ölənlərin sayının hər gün artdığı ABŞ-da nevroloqlarda araşdırmalara başlayıb. Onlar infeksiyaya yoluxanların bir qisminin beynində problemlər yarandığını ortaya çıxarıblar.

Xəstələrin bir qismində koronavirusdan sağaldıqdan sonra danışma qabiliyyətinin pozulması və hadisələrə reaksiyanın azalması aşkarlanıb.

Alimlər ABŞ-da 74 yaşlı bir şəxs üzərində araşdırma aparıblar, onun danışıq qabiliyyətini itirdiyi, beyində hüceyrə ölümünün gerçəkləşdiyi öyrənilib.

Açıqlama verən nevroloq Elissa Fori 50 yaşında bir koronavirus xəstəsində də eyni halın aşkarlandığını vurğulayıb.



                 

Xəbər lenti