Pink koronavirusa yoluxub

Pink koronavirusa yoluxub
1312 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Pink koronavirus infeksiyasına yoluxub.

Axşam.az xəbər verir ki, ifaçı Covid19 virusuna yoluxduğunu "Twitter" hesabında yazıb. Pink bildirib ki, özü və oğlu bir neçə həftə əvvəl koronavirusun əlamətlərini hiss etməyə başlayıb. Onlar həkimə gedib və test götürülüb. Cavab isə müsbət çıxıb.

Həkimlər müğənninin bütün ailə üzvlərini 14 günlük karantinə götürüb. Onlardan analiz götürülür və infeksiyaya yoluxub-yoluxmadıqları araşdırılır.

Pink bildirib ki, müalicələri müsbət nəticə verib və virusdan sağalıb. "İki-üç dəfə analiz verdik və neqativ çıxdı. Müalicədə tələb olunanlara riayət edin, səbrli olun, siz də sağalacaqsınız" deyə, o, paylaşımında qeyd edib.

Pink Filadelfiya və Los-Ancelesdə koronavirusla mübarizə fonduna 500 milyon dollar bağışlayıb.