Hon Konqda koronavirusun insandan pişiyə keçməsi halı qeydə alınıb.

Axşam.az xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat verib.

Məlumatlara görə, pişik infeksiyaya yoluxan sahibinin xəstəxanaya yerləşdirilməsindən sonra karantinə alınıb. COVİD-19 testi alınan pişiyin analiz cavabları müsbət çıxsa da, canlıda xüsusi simptomlar qeydə alınmayıb.

Təşkilat həmçinin bildirir ki, koronavirusa yoluxan şəxslərin evlərində yaşayan ev heyvanları da karantinə yerləşdiriləcək və 14 gün ərzində baytarların nəzarətində olacaq.



                 

Xəbər lenti