Hindistanda polis insanları bu görünüşdə saxlayır - Fotolar

Hindistanda polis insanları bu görünüşdə saxlayır -  Fotolar
2092 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda polis vətəndaşların diqqətini koronavirus infeksiyasına cəlb etmək üçün maraqlı üsulə əl atıb.

Axşam.az xəbər verir ki, onlar başlarına COVID-19 virusunun görünüşündə olan maskalar taxıblar. Polislər küçədə insanları  bir-bir saxlayaraq, onlara virusun dəhşətli nəticələrini izah edir, evdə oturmaqlarını məsləhət görürlər.

Bu üsulu Hindistanın Çennai şəhərində polis əməkdaşı Racel Babu düşünüb. Buna səbəb isə hindlilərin virusu ciddi qəbul etməməsi, evdə oturmaması olub.

Qeyd edək ki, hökumət martın 25-dən Hindistanda 21 günlük karantin rejimi elan edib. Hazırda ölkədə mindən çox koronavirus infeksiyasına yoluxan şəxs var.