"Kimyaterapiya etsələr koronavirusa yoluxacam" - "Toppuş bacı"

"Kimyaterapiya etsələr koronavirusa yoluxacam" -  "Toppuş bacı"
5981 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Əliyeva telefonla "Bizimləsən" verilişinə zəng edib.

Axşam.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa kimyaterapiya ala bilmədiyini açıqlayıb. "Toppuş bacı" ləqəbli Tünzalə aparıcının "Bilirəm ki, işləmirsən. Nə yeyib, nə içirsən? Həyat yoldaşının da işi dayanıb" sözlərinə belə cavab verib:

"Evdə qalıram, küçəyə çıxmıram. Teatrdan maaş alıram. 400 manata yaxındır. Kimyaterapiya almalıydım, olmadı. Əvəzləyicisini evdə dərman şəklində qəbul edəcəm. Çıxıb hava almalıyam, amma edə bilmirəm.

Bütün dünyada xərçəng xəstələrinə edilən kimyaterapiya dayandırılıb. Terapiya edilsə, immunitetim düşəcək, koronavirusa yoluxacam. Onda da məni sağalda bilməyəcəklər. Ona görə də insanlara səslənirəm: evdə qalın ki, biz yaşayaq".