85 yaşlı dizayner koronavirusdan öldü

85 yaşlı dizayner koronavirusdan öldü
1118 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur dizayner Sercio Rossi koronavirus infeksiyasından ölüb.

Axşam.az xəbər verir ki, bu haqda İtaliya mediası xəbər yayıb. Bildirilib ki, 85 yaşlı dizayner bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Analizlərinin cavabı pozitiv çıxan Rossi karantinə alınıb.

Müalicələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Səhhəti daha da pisləşən modelyer dünən gecə ölüb.

Qeyd edək ki, Sercio "Versace", "Dolce & Gabbana", "Azzedine Alaïa" kimi məşhur brendlərlə çalışıb.