"Şortikimi geyindim, divanın kənarında oturdum" - Brilliant səs-küylü videosu haqda

"Şortikimi geyindim, divanın kənarında oturdum" -  Brilliant səs-küylü videosu haqda
5766 dəfə oxunub
  • A-
  • A
  • A+
"Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Fotosessiya deyildi, klip çəkilişi zamanı fasilə idi. Dostlarım da videoya çəkdi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə paylaşdığı şortikdəki videosuna yazılan tənqidlərə münasibət bildirib:

"Tənqid edənlərin özlərinə baxsanız, hər şey aydın olar. Onları "qara siyahı"ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən girib mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə, vaxt itirmərəm. Bunlar vaxt itirib, rəy yazırlarsa, deməli onlara maraqlıyam.

Özünə əziyyət verir yazır, şər, böhtan atır, təhqir etir, demək narahatdır. Onu silmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim. Tapdılar, həmin uşaq bir Xalq artistinn tanışı çıxdı. Xalq artistinin qızının dostu idi. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, bağışladım".