Məşhur brendlər artıq maska tikirlər

Məşhur brendlər artıq maska tikirlər
1956 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın məşhur brendləri koronavirus infeksiyasından sonra mağazalarını və fabriklərini bağlayıb.

Axşam.az xəbər verir ki, onlar geyim tikməyi dayandırıblar. Əvəzində isə COVİD19-dan qorunmaq üçün maska, tibb həkimlərinə geyimlər tikmək qərarına gəliblər.

Prada, Gucci, Salvatore Ferragamo, Fendi, Valentino, Celine, Dior, Burberry, Emporio Armani və digərləri bunun üçün güclərini birləşdiriblər.

Gucci 1 milyondan çox maska, 55 min infeksiyadan qoruyacaq köynəklər tikəcəyini bildirib. Prada xəstəxanalara 80 min qoruyucu tulum, 110 min maska bağışlayacağına söz verib.

Corcio Armani bundan əvvəl İtalıya xəstəxanalarına 1,4 milyon dollar bağışlayıb. O, Milan və Romadakı xəstəxanalara bəzi alətlər də hədiyyə edib. Eyni zamanda maska tikəcəyini də bildirib.

Louis Vuitton, Givenchy və Christian Dior ətir istehsalını dayandırıb, əvəzində isə dezinfeksiya edici vasitələr hazırlamağa başlayıb. Bunu isə Fransa hökumətinə pulsuz verəcəklərini deyiblər.