"Qumarda gedən evlər, villalar..." - Sərdarla Demet arasında qalmaqal

"Qumarda gedən evlər, villalar..." -  Sərdarla Demet arasında qalmaqal
3204 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sərdar Ortaç sosial media hesabında yazdığı sözlərə görə Demet Akalının qəzəbinə tuş gəlib.

Axşam.az xəbər verir ki, ifaçı "İndi daha çox ayaqqabın olsa, daha çox çantan, minlərlə pencəyin, xərcləyib bitirə bilməyəcək qədər pulun... Hara gedəcəksən? Harada geyinəcəksən" deyə, bildirib.

D.Akalın isə ona sərt cavab verib.

"Kim virus çıxacağını bilirdi ki? Nə mənasız sözlərdir. Evləri, böyük çantası yoxdur... Hər kəs büdcəsinə görə ev alır. İndi demaqoqluq etməyin vaxtıdır? Qumarda gedən evlər, villalar... Zamanında virus yox idi. Boş-boş danışmayın" deyə, müğənni söyləyib.

S.Ortaç daha sonra İnstaqram "Story"də video paylaşaraq sözləri yazarkən özünü nəzərdə tutduğunu bildirib.