Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
1128 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1 milyonu ötüb.

Axşam.az xəbər verir ki, bu barədə BNO informasiya agentliyi məlumat yayıb.

İnfeksiyaya yoluxan xəstələrdən 52 026 nəfər vəfat edib, 206 min nəfər isə sağalıb.

Hazırda 742 min adam COVİD-19 virusundan əziyyət çəkir.

İnfeksiyaya yoluxanların 233 min nəfəri ABŞ, 115 min nəfəri İtaliya, 110 min nəfəri İspaniya, 82 min nəfəri Çin və digər ölkələrin vətəndaşlarıdır.

Qeyd edək ki, pandemiya dünyanın 165 ölkəsində yayılıb.