“Deyəsən, mənim də test cavablarım müsbət çıxıb”

“Deyəsən, mənim də test cavablarım müsbət çıxıb”
3993 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Demet Akalın ilə olan dostluğu ilə tez-tez gündəmə gələn aparıcı-müğənni Esra Balamir də koronavirusa yoluxması şübhəsi ilə test etdirib.

Axşam.az xəbər verir ki, 44 yaşlı Esra infeksiyaya yoluxan digər rəfiqəsinin analiz nəticələrinin müsbət çıxmasından sonra ona da test edildiyini bildirib.

“Deyəsən, mənim də cavablarım müsbət çıxıb. Ev şəraitində karantinada qalmağımı söylədilər. Cavabları gözləyirəm” deyə E.Balamir açıqlayıb.