Karantini 590 milyonluq yaxtasında keçirən milyarder - Fotolar

Karantini 590 milyonluq yaxtasında keçirən milyarder -  Fotolar
6342 dəfə oxunub
  • A-
  • A
  • A+

77 yaşlı amerikalı milyarder Devid Geffen karantin günlərini səs-küydən uzaq bir yerdə keçirmək qərarına gəlib. 

Axşam.az xəbər verir ki, bunun üçün iş adamı dəyəri 590 milyon dollar olan "Rising Sun" yaxtasını seçib. O, hazırda Karib dənizində yaxtasında dincəlir.

Qrenadin adasında olan milyarder fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Var-dövləti 9 milyard dollar dəyərində qiymətləndirilən "Dreamworks"ün yaradıcısı "Özünütəcrid... Qrenadin adası... Virusdan qaçmaq üçün bura gəldim. Ümid edirəm ki, siz də təhlükəsiz yerdəsiniz" sözlərini yazıb.

Onun paylaşımları izləyicilərinn xoşuna gəlməyib. Onlar iş adamının ünvanına təhqirlər yazıblar. Geffen İnstaqram profilini bağlayıb.