Tarkan Almaniyada karantindədir

Tarkan Almaniyada karantindədir
3082 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tarkan koronavirus infeksiyasından qorunmaq üçün bir neçə həftə əvvəl Almaniyaya yollanıb.

Axşam.az xəbər verir ki, ifaçı hələ virus geniş yayılmadan özünü oradakı evində karantinə alıb. 

Tarkan həyat yoldaşı və övladı ilə birlikdə doğulduğu Köln şəhərində Alzey qəsəbəsindəki evinə köçüb. İnsanların çox olduğu ərazilərdən uzaqlaşmaq qərarına gələn müğənni küçəyə addım da atmır.

Dostlarının dediyinə görə, Tarkan alış-verişə də getmir. Bunun üçün o, əvvəlcədən lazımi qədər ərzaq alıb, evinə yığıb. Lazım olan digər qidaları isə onun üçün alıb gətirən işçilər tutub.