Filippində karantini pozanlar güllələnəcək

Filippində karantini pozanlar güllələnəcək
992 dəfə oxunub
  • A-
  • A
  • A+

Filippin prezidenti Rodriqo Duterte hər zaman qoyduğu qəddar cəzalar və qaydalarla gündəmə gəlib.

Axşam.az xəbər verir ki, o, bu dəfə də ənənəsinə sadiq qalıb. Rodriqo ölkəsində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün polislərə tapşırıq verib.

Prezident bildirib ki, polis işçiləri karantin rejimini pozan vətəndaşlara atəş aça bilər. Duterte insanları ancaq bu yolla dayandıra biləcəyini düşünür.

"Polislərə, əsgərlərə əmr edirəm, əgər vətəndaşlar qaydaları pozursa, karantindən yayınırsa və insanların sağlamlığını təhlükəyə atırsa onları güllələyin" deyə, prezident bildirib.