Kıvanç COVİD-19 testinin nəticəsini açıqladı

Kıvanç COVİD-19 testinin nəticəsini açıqladı
4030 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus infeksiyasına yoluxduğu düşünülən türkiyəli aktyor Kıvanç Tatlıtuğun səhhətindən xəbər var.

Axşam.az xəbər verir ki, aktyor sosial şəbəkədə COVİD-19 testinin nəticələrini açıqlayıb:

“Yüksək hərarət və öskürək şikayəti ilə getdiyim xəstəxanada ağciyərimdə yüngül sətəlcəm əlaməti aşkar edildi. Buna görə də həkimlərin müşahidəsi altına alındım. Koronavirus testimin nəticələri isə neqativ çıxdı. Son müayinələrdən sonra lazım olarsa, müalicəmi evdə davam etdirəcəyəm”.