“Mumiya 2”nin aktrisası koronavirusa yoluxub

“Mumiya 2”nin aktrisası koronavirusa yoluxub
894 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mumiya 2” filminin aktrisası Donna Eyr koronavirusa yoluxub.

Axşam.az xəbər verir ki, bu barədə britaniyalı aktrisa İnstaqram səhifəsində məlumat verib.

Donna bildirib ki, 18 gün əvvəl qripin yüngül simptomlarını hiss edib. Koronavirus testindən keçən aktrisanın analiz cavabları müsbət çıxıb.

Hazırda öz evində karantin rejimində olan sənətçinin ailə üzvlərində infeksiya aşkar olunmayıb.