Apreldə hava necə olacaq?

Apreldə hava necə olacaq?
1750 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprel ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, apreldə havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər  çox olacağı ehtimal olunur.

Bakıda  və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 7-12, gündüzlər 12-17, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının  iqlim normasına yaxın olacağı (norma 23-33 mm) gözlənilir.        

Naxçıvan Muxtar Respublikasında orta aylıq  temperaturun 11-14 dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Temperatur gecələr  8-13, bəzi günlərdə  6 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti  olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 34-59 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta aylıq     temperaturun 7-10 dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr  2-7 dərəcə isti, bəzi günlərdə 2-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər  7-12, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 54-83 mm) gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 11-13 dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr  6-11, gündüzlər 12-17, bəzi günlərdə 21-26 dərəcə isti  olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun  9-12 dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr 4-9 dərəcə isti, bəzi günlərdə dağlıq ərazilərdə 3-8 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 10-15, bəzi  günlərdə  20-25 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox  olacağı (norma 29-126 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq  temperaturun 12-14 dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr  7-12, gündüzlər 14-19, bəzi günlərdə 23-28 dərəcə isti  olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı  (norma 30-49 mm) gözlənilir.                        

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 9-13 dərəcə isti  olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr 6-11, gündüzlər 12-17,  bəzi  günlərdə 21-26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər cox olacağı (norma 41-72 mm) gözlənilir.