Xalq artistinin qardaşı Rusiyada öldü - Nəşi Bakıya gətirə bilmirlər

Xalq artistinin qardaşı Rusiyada öldü -  Nəşi Bakıya gətirə bilmirlər
4629 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Canəli Əkbərov iki gün əvvəl Rusiyada qəzada dünyasını dəyişən qardaşı barədə açıqlama verib.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, muğam ustadı Fərail Əkbərovun nəşinin Rusiyada olduğunu, güman ki, dəfn mərasiminin orada baş tutacağını bildirib:

“Yayılan məlumatlar doğrudur. Avtomobili özü idarə edib. Arxadan gələn başqa bir avtomobil ona çırpılıb. Çox çətin bir dövrdə dünyasını dəyişdi. Ailəsi, övladları, işi Sankt- Peterburqdadır. Nəşinin Azərbaycana gətirilməsi məsələsi ortada qalıb. Görək nə olur?!”

F.Əkbərovun nəşi karantin səbəbindən iki ölkə arasında hava və dəmir yolu nəqliyyatı bağlı olduğu üçün Azərbaycana gətirilə bilmir.

Axşam.az-ın məlumatına görə, F.Əkbərov avtomobil qəzası keçirib. Qəza Rusiya vaxtı ilə saat 04.20 radələrində Sankt Peterburqun Krasnaya Qvardiya rayonunda baş verib.

Hadisə vaxtı "Mercedes E" və "Chevrolet Aveo" markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, hadisəyə səbəb "Mercedes"in 42 yaşlı sürücüsünün içkili olması olub. Nəticədə "Chevrolet Aveo"nun sürücüsü, 58 yaşlı Fərail Əkbərov həlak olub.