61 nəfərdə koronavirus aşkarlandı

61 nəfərdə koronavirus aşkarlandı
4406 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Axşam.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxan 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin orta ağır  qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.