Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Könül Xasıyeva deyib. Xanəndə koronavirus infeksiyasından qorunmaq üçün bütün yaxınları ilə ünsiyyəti kəsdiyini söyləyib:
"Marketə qardaşım gedir. Nə alıb gətirirsə, spirtləyirik. Özüm də bütün günü əlimi yuyur, spirt vururam".
Onurğa iflicindən əziyyət çəkən Xasıyeva son günlər güclü ağrıları olduğunu bildirib:
"Dəhşətli ağrılarım başlayıb. Müalicəm davam edir. Amma dərman almaqda çətinlik çəkirəm. Süni qiymət artımı edilib, maddi cəhətdən dərman almaq çətinləşib. İndi də səsimdən hiss edirsiniz, danışa bilmirəm".