Ziya Məmmədov fonda 2 min, Anar Məmmədov isə 3 min köçürdü

Ziya Məmmədov fonda 2 min, Anar Məmmədov isə 3 min köçürdü
3295 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın sabiq Nəqliyyat naziri Ziya Məmmədov və oğlu Anar Məmmədov koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Ziya Məmmədov Fonda 2000 AZN, oğlu Anar Məmmədov isə 3000 AZN məbləğində vəsait köçürüb.