Malikanəsini 8 milyon dollar satdı

Malikanəsini 8 milyon dollar satdı
1406 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Culiya Roberts və həyat yoldaşı Denni Mo-der Kaliforniyanın Malibu şəhərindəki ehtiyat malikanələrindən birini 8 milyon dollara (təxminən 13 milyon 600 min manat) satıblar.

Axşam.az xəbər verir ki, 4 yataq otağı, 3 hamamı, yeməkxanası və mətbəxi olan villanı həmin ərazidə malikanəsi olan investor Tomas Laffont alıb.

Qeyd edək ki, cütlük 2016-cı ildə aldığı evə 7,45 milyon dollar (7 milyon 665 min manat) pul ödəmişdi.