Şahzadə Harri və Meqan Markldan vida paylaşımı

Şahzadə Harri və Meqan Markldan vida paylaşımı
3840 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl İnstaqram səhifələrində izləyiciləri ilə vidalaşıblar.

Axşam.az xəbər verir ki, məşhur cütlük bundan sonra 11 milyon izləyicisi olan hesabını istifadə etməyəcəyini bildirib:

“Siz artıq bizi burada görməyəcəksiniz. Amma bizim işimiz davam edəcək. Hər birinizə dəstək üçün təşəkkür edirik”.

Harri və Meqan eyni zamanda sussexroyal.com saytlarını da istifadə etməyəcəklərini vurğulayıblar.