Oksana Samoylova Ciqandan boşanır

Oksana Samoylova Ciqandan boşanır
4949 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur repçi Ciqanın həyat yoldaşı Oksana Samoylova ərindən boşanır.

Axşam.az xəbər verir ki, bu barədə Oksana sosial şəbəkədə məlumat verib.

O, 10 illik xoşbəxt ailə həyatından sonra bu qərarı verməyin onun üçün çətin olduğunu qeyd edib:

“Boşanma üçün müraciət edirəm. 10 illik xoşbəxt ailə həyatı onun tərəfdən yalanmış. Mən ona inanırdım. O, uşaqlarımızın sağlamlığına and içirdi, söz-söhbətlərə inanmamağa yalvarırdı, yalnız məni sevdiyini və heç vaxt xəyanət etmədiyini deyirdi. Xüsusi mübahisəmiz olmamışdı, məni sevdiyini görürdüm. Hər şey yaxşı idi, gözəl uşaqlarımız və gözəl həyatımız var idi”.

Samoylova qeyd edib ki, boşanmanın səbəblərindən biri də Ciqanın davranışıdır:

"O, mütəmadi olaraq sosial şəbəkədə söyüşlər söyür, dörd uşağının yaşadığı evdə şənliklər təşkil edir".

Qeyd edək ki, Ciqan martın əvvəlində sosial şəbəkədə canlı yayımlar zamanı uşaqları ilə kobud rəftar etmiş, yüksək səslə ədəbsiz sözlər işlətmiş və qızından ona pivə gətirməsini istəmişdi.

Cütlüyün bu evlilikdən 3 qızı və 1 oğlu var.