Ruhi Əliyeva transformatorda yanan Kamili müalicə etdirib - Video

Ruhi Əliyeva transformatorda yanan Kamili müalicə etdirib -  Video
4953 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət öncə Tovuz Rayonunun Bozalqanlı kənd sakini, 12 yaşlı Kamil ölümlə üz-üzə gəlib.

Axşam.az News24.az-a istinadən xəbər verir ki, azyaşlı məktəbin həyətindəki transfarmatorun yerləşdiyi tikiliyə girdiyi üçün onu elektrik cərəyanı vurub. Nəticədə Kamil ağır bədən xəsarətləri alıb.

Azyaşlıya Tovuz rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra Bakı şəhərindəki tibb müəssisələrindən birinə gətirilib. Müayinə zamanı məlum olub ki, 12 yaşlı Kamilin bədəninin 50 faizi yanıb.

İş xanımı Ruhi Əliyeva balaca Kamilin bütün müalicə xərclərini üzərinə götürüb. Məhz onun dəstəyi və həkimlərin səyi nəticəsində bu gün Kamil sağlığına qovuşaraq evinə buraxılıb.