"Elə qadın mənə maraqsızdır"

"Elə qadın mənə maraqsızdır"
2886 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision" təmsilçilərimizdən olan Çingiz Mustafayev Murad Arifin "Popumuz var" "Youtube" layihəsinin qonağı olub.

Axşam.az xəbər verir ki, sənətçi həyatı, yaradıcılığı ilə bağlı danışıb. Çingiz Muradın "İrəliləyişində qadın faktoru olub? Hansısa bir irəliləyiş üçün münasibət qarşılığında dəstək olan olub? Deyən olub ki, münasibətdə olaq, sənə filan qapıları açacam" sualına belə cavab verib:

"Təkliflər olub. Prinsip önəmlidir: şəxsiyyətin və vicdanın. Vicdan hər şeydir, ən birinci ona fikir verməlisən. O, olmayandan sonra bütün təklifə "hə" deyə bilərsən. Əsas məqsədim vicdanımı qoruyub saxlamaqdır. Utanacaq heç bir şeyim yoxdur. Maddi cəhətdən də çətinliyim yoxdur, pul da yığmıram. Təklif iyrənclikdir.

"Eurovision" dövründə də deleqasiyanın nümayəndələrindən çirkin təklif edənlər olub. Kimlərinsə vasitəsilə çatdırıblar ki, hər şey etməyə hazırıq, buyursun. Bunlar gülməlidir, ciddi yanaşa bilməzsən. Fikirləşirsən ki, bu, necə bir baxışdır?".

Evlənməkdən danışan Çingiz belə bir fikri olmadığını deyib:

"İnsan ya şüursuz halda evlənməlidir. Dərk etmyəndə, 17 yaşında. Ya da ki, öz yarını tapıb evlənmək lazımdır. Anam məni dəstəkləyir, deyir, kimlə istəsən evlən. Elə bilirlər şou-biznes adamları fərqlidir. Yox, mən bəlkə ən ucqar kənddəki adam qədər qısqancam. Eyni zamanda da müasirəm Xanım işləməli, inkişaf etməlidir ki, mənə maraqlı olsun. Mən çalışım, o evdə otursun? Elə qadın mənə maraqsız olar".