COVİD-19-a görə bağlanan muzeydən Van Qoqun rəsm əsəri oğurlandı

COVİD-19-a görə bağlanan muzeydən Van Qoqun rəsm əsəri oğurlandı
724 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur hollandiyalı rəssam Vinsent Van Qoqun Niderlanddakı "Singer Laren" muzeyindən “Bahar bağı” adlı əsəri naməlum şəxslər tərəfindən oğurlanıb.

Axşam.az xəbər verir ki, soyğunçular koronavirusa görə ziyarətçilər üçün bağlanan muzeyin şüşə qapısını sındıraraq, 1884-cü ildə çəkilmiş əsəri oradan götürərək qaçıblar. 

Hazırda hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, rəsm əsəri "Groninger" muzeyindən "Singer Laren" muzeyinə icarəyə verilmişdi.