Çində koronavirus xəstələrinin 93 faizi sağalıb

Çində koronavirus xəstələrinin 93 faizi sağalıb
735 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusun ilk aşkarlandığı çində virusa yoluxanların sayı getdikcə azalır.

Axşam.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib. Qeyd olunub ki, ötən gün Çində infeksiyadan 4 nəfər ölüb, 31 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların sayı 81 470 nəfərə çatıb.

Son 24 saat ərzində ölkə xəstəxanalarında müalicə alan 322 nəfər sağalıb. Hazırda 630 nəfər müalicə alır. Onlardan da 19-nun vəziyyəti ağırdır.

Hubey əyalətində son 24 saat ərzində yoluxma qeydə alınmayıb, 317 nəfər sağalıb. Onlardan 315-i Uhan şəhərinin sakinidir. 4 nəfər isə infeksiyadan ölüb.

Bildirilib ki, Çində koronavirus xəstələrinin sayı hər gün azalır. Hazırda ölkədə koronavirusa yoluxanların 93 faizi sağalıb.