Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - Rəsmi

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - Rəsmi
3250 dəfə oxunub
  • A-
  • A
  • A+

Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar bərbərxana, gözəllik salonlarının da fəaliyyəti dayandırılıb.

Axşam.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bundan başqa, avtomobil təmiri sexləri, oyun salonları və digər əhaliyə yerində xidmət göstərən obyektlərin də fəaliyyəti məhdudlaşdırılıb.

E.Hacıyev əhalidən tətbiq olunan qaydalara əməl etməyi xahiş edib. O, xüsusi karantin rejimi qaydalarını pozanların qanunvericiliyə uyğun cəzalandırılacağını bildirib.

Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.