Koronavirusdan qorunmaq üçün evdə bu əşyaları tez-tez silin

Koronavirusdan qorunmaq üçün evdə bu əşyaları tez-tez silin
5905 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusun səthlərdə qalıcılıq müddəti müxtəlifdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Axşam.az-a verilən məlumata görə, virus plastik üzərində 5 gün, kağız üzərində 4-5 gün, şüşə üzərində 4 gün, taxta üzərində 4 gün, dəmir üzərində 48 saat, rezin əlcək üzərində 8 saat, aliminium üzərində 2-8 saat ərzində qala bilir.

Bu səbəbdən də evdə gün ərzində toxunulan əşyaların səthi tez-tez təmizlənməlidir.