“Xanımların ambisiyaları fərqlidir, hər zaman bəylərdən seçilir. Belə bir deyim var ki, “Onlar ağılları ilə yox, ambisiyaları ilə hərəkət edirlər”. Xanımlar inciməsinlər. Təbii ki, hər xanıma aid deyil”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov “MTV”yə müsahibəsi zamanı deyib. Sənətçi xanımların daha əzmkar olduqlarını bildirib:

“Bəy sənət dostlarım məndən inciməsinlər. Hamısını özünəlayiq dəyərləndirirəm. Ancaq xanımlarımız mənə daha bütöv gəlirlər. Sözlərini deməkdə müəyyən üstünlükləri var. “Xanımdır deyə bilər” deyib, onlar üçün keçirlər. Qarşı cinsi daha əzmkar görürəm”.



                 

Xəbər lenti