Karantin günlərində küçədə rəqs edən Səmra tənqid olundu - Video

Karantin günlərində küçədə rəqs edən Səmra tənqid olundu -  Video
4682 dəfə oxunub
  • A-
  • A
  • A+
"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə paylaşdığı videoya görə tənqid edilib.

Axşam.az xəbər verir ki, müğənni xüsusi karantin rejimi elan olunduğu üçün boş qalan Bakı küçələrində rəqs edib.

Səmra əvvəlcə görüntüsünə "Onlar adımı bilirlər, ancaq məni tanımırlar. Şahzadə... Karantində" şərhini yazıb. Onun bu hərəkəti izləyicilər tərəfindən tənqid edilib.

Hamının evdə qalmasının məsləhət görüldüyü ərəfədə ifaçının küçədən belə görüntü yayması yanlış hesab edilib.

Tənqid olunduğunu görən Səmra videoya yazdıqlarında dəyişiklik edərək "2 ay əvvəl parklara, küçələrə ancaq video və şəkillərdə baxacağımız ağlımıza gəlməzdi, Koronavirusdan dünya xilas olsun çıxaq gəzək" şərhini yazıb və görüntülərin sanki daha öncədən çəkildiyini göstərməyə çalışıb.