Rüfət Amerikada nə edir?

Rüfət Amerikada nə edir?
5202 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da yaşayan keçmiş aparıcı Rüfət Ağayev İnstaqramda canlı yayıma girərək oradakı həyat tərzindən danışıb.

Axşam.az xəbər verir ki, o, hazırda Florida ştatına köçdüyünü, işini onlayn davam etdirdiyini bildirib: 

"Çalışdığım şirkət koronavirus infeksiyasına görə işi onlayn davam etdirməyi məsləhət gördü. Mən də Floridaya gəldim. Burada günəşli havada çalışıram. Bacardığım qədər evdə otururam. Yeni nələrsə öyrənməyə çalışıram.

Kulinariya kurslarına başlamağı düşünürəm. Şirniyyatlar bişirmək istəyirəm. Çoxdandır bunu planlaşdırırdım. Fikir etməyin, əlimizdən heç nə gəlmir. Bizim tək işimiz evdən çıxmamaq, əl-ayağa dolaşmamaqdır. Heç kimdən virus qapıb, başqalarına ötürmürəm.

Makaron yeyirik, tədarük ancaq onu görə bilirik".