Böyük Britaniyanın Baş naziri Boris Conson COVİD-19 virusuna yoluxub.
Axşam.az xəbər verir ki, bu barədə siyasətçi Tvitter səhifəsində məlumat verib.
Conson 24 saat ərzində xəstəliyin yüngül simptomlarını hiss etdiyi üçün koronavirus üçün test edib. Analizin nəticəsi isə müsbət cavab verib.