“Survivor”dan uzaqlaşdırıldı

“Survivor”dan uzaqlaşdırıldı
3636 dəfə oxunub
  • A-
  • A
  • A+
“Survivor” yarışmasında “Ünlülər” komandasında yer alan Meryem Kasap oyundan uzaqlaşdırılıb.

Axşam.az xəbər verir ki, dizindən aldığı zədəyə görə bir aydır yarışlarda iştirak edə bilməyən M.Kasap həkimlərin tövsiyəsi ilə oyundan kənarlaşdırılıb.

Koronavirus səbəbi ilə dünyada uçuşlar dayandırıldığı üçün adaya yeni iştirakçı gətirə bilməyəcəyini açıqlayan Acun Ilıcalı iki qrup arasındakı insan sayını eyniləşdirmək üçün fərqli üsula əl atıb.

O, “Ünlülər” komandasından bir iştirakçının “Gönüllülər”ə keçəcəyini bildirib.

Qeyd edək ki, bu il aldıqları zədələrə görə yarışmaçılar Şaziye İvegin Üner, Uğur Pektaş, Erman Altıkardeş və Fatma Günaydın da oyundan uzaqlaşdırılıb.