Azərbaycanda koronaviruslu xəstə - “Ağlımdan keçməzdi ki, xəstələnərəm”

Azərbaycanda koronaviruslu xəstə -      “Ağlımdan keçməzdi ki, xəstələnərəm”
5597 dəfə oxunub
  • A-
  • A
  • A+
“Xəzər xəbər”in əməkdaşları Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi rejimli xəstəxanaya baş çəkiblər.

Axşam.az xəbər verir ki, əməkdaşlar xüsusi geyim və maskalardan istifadə edərək xəstələrlə ünsiyyətdə olublar.
Müalicə alan pasientlərin əksəriyyəti koronavirusa yoluxacaqlarını düşünmədiklərini bildiriblər. Onlardan bəziləri isə qrip olduqlarını zənn ediblər.

“Ağlımdan keçməzdi ki, mən xəstələnərəm. Bilmirəm necə oldu, öskürək məni əldən salıb. Dönə-dönə hamıya deyirəm, mən səhlənkarlıq etdim, ziyanını çəkdim”, - deyə xəstə bildirib.

Xəstələrdən biri isə səhhəti ilə bağlı bunları bildirib:

“15 gündən çoxdur ki, bu virusdan əziyyət çəkirəm. Şiddətli ağrılarım oldu, nəfəs almağımda hələ də problem var. İstəməzdim ki, bu əziyyəti digər insanlar da çəksinlər. Ona görə də təhlükəsizlik qaydalarına riayət edin”.