Rusiyalı məşhur müğənni də infeksiyaya yoluxub

Rusiyalı məşhur müğənni də infeksiyaya yoluxub
1361 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən rusiyalı məşhur müğənni Lev Leşşenkonun koronavirusa yoluxduğu təsdiqlənib.

Axşam.az xəbər verir ki, bu barədə onun müalicəsi ilə məşğul olan həkim 78 yaşlı ifaçının “Facebook” səhifəsində məlumat verib:

"Ötən gün Levin infeksiyaya yoluxduğu məlum olub. Aktyor hazırda özünü yaxşı hiss edir və artıq həyati əhəmiyyətli orqanlarının sıradan çıxmaması üçün əlavə oksigenə ehtiyac duymur".