"Səy-səy danışırsan" - Faiq Ağayevdən Damlaya

"Səy-səy danışırsan" -  Faiq Ağayevdən Damlaya
4164 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Faiq Ağayev müğənni Damlanı tənqid edib.

Axşam.az xəbər verir ki, "Söhbətsiz" verilişinə qonaq olan müğənni aparıcının Damlanın dediyi "Azərbaycanda meqastar yoxdur" sözlərinə sərt reaksiya verib:

"Meqastar ölkənin ən nailiyyətli müğənnisi anlamına gəlir. Bu savaddan irəli gəlir. Onlar "meqa" sözünün nə olduğunu bilmirlər. Məsələn, mən "meqa" ilə "giqa" arasındakı fərqi onlardan soruşsam, bilməyəcəklər.

Ölkədə ən nailiyyətli ifaçı "meqastar" sayılır. Ona kimyadan sual versək, desək ki, kükürdlə su reaksiyaya girə bilər? Cavabında deyəcək ki, bu nə səy-səy danışır mənimlə? Axı sən də "meqastar yoxdur" deyəndə, səy-səy danışırsan.

Müsabiqələrin birində Damlanın münsifi olmuşam. O zaman ona dedim ki, sən səsinə çox güc verirsən. Mənə elə gəlir ki, öz üzərində çalışmalıdır. İllər öncəki ifamla indiki arasında fərq var. Bu sözləri peşəkar, vokal üzrə dərs keçmiş bir insan kimi deyirəm".