"Hər gün dua edirik ki, hərarətimiz normal olsun" - Karantində olan İlhamə

"Hər gün dua edirik ki, hərarətimiz normal olsun" -  Karantində olan İlhamə
4190 dəfə oxunub
  • A-
  • A
  • A+
4 il sonra Amerikadan Azərbaycana qayıdan müğənni İlhamə Qasımovanı izləyicilərindən biri əsəbiləşdirib.

Axşam.az xəbər verir ki, hazırda karatində saxlanılan sənətçi ünvanına yazılan "Elə bil sanatoriyadasız. Bir az da xəstələrimizdən göstərin. Maşallah, bunun kefi yerindədir. Görək karantinə alınan xəstələrimiz necədir" sözlərə sərt reaksiya verib:

"Dediyiniz bu "sanatoriyada" tək deyiləm. Bütün London və ABŞ-dan gələn həmvətənlərimiz buradadır. Hər gün bu "sanatoriyada" dua edirik ki, hərarətimiz yaxşı olsun. Burada işləyən həkimlərə və fövqəladə işçilərə təşəkkür edirik ki, onlar da bizimlə karantindədirlər. Siz karantinlə xəstələrin xüsusi yerləşdirildiyi xəstəxana arasında fərqi anlayın. Doğrudan da xəstələrin qeydinə qalırsınızsa, bu mesajı yazmaqdansa, təhlükəsizlik qanunlarına riayət edin. Yox, əgər kiminsə yaxşı vəziyətdə "karantində" günlərini saymağına qibtə edirsinizsə, arxasıyca belə şərhlər yazırsınızsa, daha sözüm yoxdur".