Koronavirusa yoluxan Mirvari Fətəliyevanın səhhəti necədir?

Koronavirusa yoluxan Mirvari Fətəliyevanın səhhəti necədir?
1981 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Paris Azərbaycan Evinin Prezidenti Mirvari Fətəliyeva koronavirus infeksiyasına yoluxub.

Axşam.az-ın məlumatına görə, M.Fətəliyevanın səhhəti ilə bağlı qurumun sədr müavini Mehri Quliyeva xəbər yayıb. O bildirib ki, Fətəliyevanın səhhəti ağır deyil və o, müalicə alır:

"Mirvari xanım bir neçə gündür virusa yoluxub, vəziyyəti ağır deyil, stabildir. Ev şəraitində müalicə olunur. Biz Fransada yaşayan Azərbaycan vətəndaşları ilə daim əlaqədəyik. Hələlik riskli bir vəziyyət müşahidə olunmayıb”.

Qeyd edək ki, son məlumata əsasən, Fransada 5 Azərbaycan vətəndaşı koronavirusa yoluxub.