Trenddəki müğənnilər haqda: "Dəyərsizdilər"

Trenddəki müğənnilər haqda:  "Dəyərsizdilər"
769 dəfə oxunub
  • A-
  • A
  • A+
"Musiqilərimiz get-gedə cığırından çıxır. İllər ötdükcə ötən bəstəkarların əsərlərini yenə də ifa edirik. Həmin bəstəkarlar illər əvvəl bunları bəstələyəndə yüz dəfə götür-qoy ediblər. Çünki senzura var idi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ceyhun Əliyev "MTV Azərbaycan"a açıqlamasında deyib. Sənətçi trendə düşən mahnıları ələ salıb:

"Müğənni gəlir yanıma ki, elə mahnı yaz partlasın, toylara gedim. Bu fikirləri olan yeni gələn gənc ifaçıların gələcəyini görmürəm. Onlar çox gedə bilməyəcəklər. O musiqiləri dəyərsiz adlandırıram. Youtube-da oturanlar da onları çox izləmir. Bəlkə, yeni çıxanda dinləyəcəklər, seviləcək, trend olacaq. Amma müəyyən vaxtdan sonra o mahnıları dinləyənlər özləri inkişaf edir. Trenddə olan mahnılar neqativ ab-hava verir: ayrıldıq, mənim küləyimsən, günəşimsən. Bunu daha pozitiv sevdirmək olar. Pul qazanmaq o demək deyil ki, damar kəsən mahnılar oxu, sənə pul xərcləsinlər".